Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) Elmi Şuranın növbəti (sentyabr ayı üçün) iclası keçirilib.
İclasda Elmi Şuranın gündəliyində duran məsələlər- K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun klinik bölmələrinin (Vaxtından əvvəl doğulanların patologiyası şöbəsi və Pediatriya şöbəsi) 2023-cü ilin ilk 6 ayının, ETPİ-nin doktorant və dissertantlarının hesabatları, o cümlədən cari məsələlər olub. Hesabatlar ətrafında müzakirələr aparılıb bu istiqamətdə müxtəlif təkliflər irəli sürülüb.
İclasda yeni qəbul olan doktorant və həkim-rezidentlər barəsində məlumat verilib, Seçenov müalicə protokollarına aid həkim-mütəxəssislərin rəyi dinlənilib, düzəlişlərdən sonra protokolların təsdiqi nəzərdə tutulub.
Həmçinin, “Tibbi sosial araşdırmalar və elmi-tədqiqat işlərinin planlaşdırılması” şöbəsinin əməkdaşlarına ETPİ-yə “Anadangəlmə ürək qüsurları” ilə daxil olan xəstələrin 6 ay ərzində araşdırılması, antenatal diaqnostikasının yaxşılaşdırılması, digər profilaktik tədbirlər barədə hamilələrin skrininqinin diqqətlə aparılması və s. təkliflərin hazırlanması planlaşdırılıb.
