Türkiyə Respublikasının İzmir şəhərində 23-25 sentyabr 2023-cü il tarixlərində Səkkizinci Beynəlxalq Ege Konqresləri çərçivəsində “Beynəlxalq Ege Sağlıq və Fen Bilimleri” Konqresi baş tutub. Konqres canlı və onlayn olaraq keçirilib.
Konqresdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun elmi katibi, t.ü.f.d., dos. Sevinc Nəsirova “Yenidoğulanlarda nekrotik enterokolitin müalicəsi zamanı probiotiklərin əhəmiyyəti” və institutun yenidoğulanların patologiyası elmi bölməsinin kiçik elmi işçisi Aytəkin Əliyeva “Bətndaxili infeksiyalı körpələrdə nekrotik enterokolitin formalaşmasanda tək immunoqlobulin interleykin-1 əlaqəli reseptorun (SİGİRR) rolu” mövzusunda çıxış ediblər.
Konqresin məqsədi səhiyyə sahəsində çalışan tədqiqatçılar, həkimlər və alimləri bir araya gətirərək intellektual müzakirə platforması yaratmaqdır.