ETPİ-də bu il rezidenturaya qəbul olan həkim-rezidentlərlə görüş keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) bu il rezidenturaya qəbul olan həkim-rezidentlərlə görüş keçirilib.
Tədbirdə institutun rəhbərliyi, ETPİ-nin şöbə müdirləri, elmi bölmə rəhbərləri və həkim-rezidentlər iştirak ediblər.
İlk öncə rəhbərlik rezidenturaya yeni qəbul olunan rezidentləri təbrik edib, institutda təhsil üçün mövcud olan vəziyyət, onların yüksəkixtisaslı həkim kimi yetişməsi, elmi araşdırmaların aparılması üçün yaradılan imkanlar haqqında ətraflı məlumat verib.
Daha sonra rezidentələrin kliniki istiqamətlə yanaşı, elmi yönümdən də yetişdirilməsi, müvafiq seminarların, həmçinin, mühazirələrin aparılmasının vacibliyi, rotasiyaların tənzimlənməsi və digər məsələlərə toxunulub. “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında təqdimatla çıxış edilərək bütün qaydalar barədə məlumat verilib.
Tədbirin sonunda rezidentlərin təklifləri, problemləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Rezidentlər müvafiq şöbələrə təhkim olunub. Tanışlıqdan sonra kuratorların təyini planlaşdırılıb.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *