Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda konfrans keçirilib.
Konfransda institutun rəhbərliyi, həkim kollektivi, elmi işçilər, ATU-nun I və II uşaq xəstəlikləri kafedrasında təcrübə məşğələləri keçən tələbələr, rezidentura təhsili alan həkim-rezidentlər iştirak ediblər.
Konfransda “Neonatal Bartter sindromuna dair klinik müşahidə” mövzusunda təqdimat edilib.
Qeyd edilib ki, Antenatal dövürdə polihidroamnion və ya postnatal poliuriya olan hər hansı yenidoğulmuşda Bartter sindromundan şübhələnmək lazımdır. Belə ki, gecikmiş diaqnoz sürətli böyrək çatışmazlığına və nefrokalsionoza səbəb ola bilər.
Daha sonra institutun rəhbərliyi tərəfindən maraqlı və az rast gəlinən, müzakirəyə ehtiyacı olan xəstəlik tarixlərinin araşdırılması, bu xəstəliklər haqqında nəzəri materialların hazırlanmasını həkim-rezidentlərə həvalə edib.
Sonda mövzular ətrafında geniş müzakirələr aparılıb, həkim və rezidentlərin sualları cavablandırılıb.