Elmi fəaliyyətin qiymətləndirilməsində H-indeksinin əhəmiyyəti

Alimlərin fəaliyyətinin monitorinqi, onların elmi məhsuldarlıq/effektivlik baxımından ölçülməsi və qiymətləndirməsi üçün bir çox meyarlar işlənib hazırlanıb.

Elmi məhsuldarlığın məlum parametrlərindən biri Hirş indeksidir (H-indeksdir). Hirş indeksi (H-indeksi) alimin, alimlər qrupunun, elmi təşkilatın və ya bütövlükdə ölkənin nəşrlərinin sayına və həmin nəşrlərdən sitat sayına əsaslanan beynəlxalq elmi-metrik göstəricidir.  “Hirş indeksi” onun yaradıcısı – Amerikalı professor fizik Xorxe Hirşin (Jorge E. Hirsch) şərəfinə adlandırılıb. Elmi fəaliyyətin bu yeni orijinal göstəricisi haqqında ilk məlumat onun 2005-ci ildə dərc olunan «An index to quantify an individual’s scientific research output» əsərində verilib. Elmi fəaliyyətin bu göstəricisi, demək olar ki, dərhal elmi fəaliyyətin ən müxtəlif sahələrindən tədqiqatçıların böyük marağına səbəb olub.  Bütün lazımi hesablamalar son dərəcə tez aparılıb və müvafiq məlumat bazaları yaradılıb. Həmin məlumat bazalarında  elmdə yolunu yeni tədqiqatçılardan Nobel mükafatı laureatlarına qədər ən müxtəlif dərəcələrdən tədqiqatçılar üçün həmin parametrin qiymətləri haqqında məlumat təqdim olunub.

H-indeks tədqiqatçının məhsuldarlığının nəşrlərin ümumi sayına və sitatların sayına əsaslanan kəmiyyət xarakteristikasıdır. X.Hirşin özünün tərifinə görə, tədqiqatçının N sayda məqaləsindən h ədədinin hər birindən minimum h dəfə, eyni zamanda qalan (N-h) sayda məqaləsinin hər birindən h dəfədən çox olmamaqla sitat gətirilirsə, tədqiqatçı h indeksinə malik olur. Başqa sözlə (daha sadə dillə) desək, tədqiqatçının aktivində n sayda məqalə varsa və onların hər birinə n dəfədən az olmamaqla istinad edilibsə, bu, onun şəxsi indeksinin n-ə bərabər olduğunu göstərir. Məsələn, 10-a bərabər h-indeks onu bildirir ki, alim tərəfindən ən az 10 əsər dərc olunub və onlardan hər birinə 10 dəfə və daha çox istinad olunub. Eyni zamanda daha az sayda istinad edilən əsərlərin sayı müxtəlif ola bilər. Hirş indeksi alimin bütün elmi fəaliyyət dövrü üzrə məhsuldarlığının kəmiyyət xarakteristikasıdır;  Scopus və Web of Science referativ məlumat bazalarında təqdim olunur. H-indeksi İnternetdə hamıya açıq olan pulsuz məlumat bazalarından istifadə etməklə, məsələn, Google Scholar-ın köməyi ilə hesablamaq olar.

 

1 məqalə 8 istinad

Hirş-indeksin hesablamasının nümünəsi

Müəllif 6 məqalə dərc edib                                   h-indeksin hesablaması:

1 məqalə 8 istinad                                                      1 məqalə -12 istinad

2 məqalə 10 istinad                                                    2 məqalə 10 istinad

3 məqalə 12 istinad                                                    3 məqalə 8 istinad

4 məqalə 5 istinad                                                      4 məqalə 5 istinad

5 məqalə 4 istinad                                                      5 məqalə 4 istinad

6 məqalə 2 istinad                                                       6 məqalə 2 istina

h=4

H-indeksinin zəif tərəfləri və digər meyarlar. H-indeksinin artması eyni vaxtda nəşrlərin və sitatların sayının artmasından asılı olduğundan, müxtəlif elm sahələrinin akademiklərinin müqayisəsində ondan istifadə edilməməlidir. Bəzi fənlər üzrə daha çox aktual mövzularda daha çox nəşrlər edildiyi üçün istinad edilmə şansı təbii olaraq artır. Fərqli fənləri müqayisə etmək üçün normallaşdırma meyarı işlənib hazırlansa da, bir-birinə qarışan fənlər səbəbindən çətinlik hələ də qalmaqdadır. Yenə də cavan tədqiqatçıları professorlarla müqayisə etmək üçün çox uyğun deyil.

 

Nailə Rəhimova

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktorun elmi işlər üzrə müavini, t.e.d.,dos.

 

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *