ETPİ-nin Vaxtından əvvəl və yenidoğulanların  patologiyası elmi bölməsinin kiçik elmi işçisi Aytəkin Əliyevanın beynəlxalq onlayn jurnalda məqaləsi çap olunub

Azərbaycan Respublkası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Vaxtından əvvəl və yenidoğulanların  patologiyası elmi bölməsinin kiçik elmi işçisi Aytəkin Əliyevanın World Journal of Advanced Pharmaseutical  and Life Sciences  beynəlxalq jurnalında “The role of single immunoglobuline interleukin-1 related receptor in formation of necrotizing enterocolitis in infants with intrauterine infection” (Bətndaxili infeksiyalı körpələrdə Nekrotik Enterkolitin formalaşmasanda tək immunoqlobulin interleykin-1 əlaqəli reseptorun (SİGİRR) rolu) adlı məqaləsi çap olunub.

Məqalə vaxtından əvvəl doğulmuşlarda nekrotik enterokolit zamanı epigenetik modifikasiyanın xəstəliyin ağırlıq dərəcəsinə təsiri mövzusundakı elmi işin bir fraqmentinə həsr olunub.

Nekrotik enterokolit (NEK) vaxtından əvvəl doğulanlarda mədə bağırsaq traktının iltihabı, nekrozu ilə gedən ağır xəstəlikdir. NEK-in yaranmasında bir çox amillər rol oynayır. Bu araşdırmada məhz genetik faktorların, xüsusən də SİGİRR genlərində gedən epigenetik dəyişikliklərin NEK-in yaranmasına və gedişinə təsirini öyrənilib. NEK-li, bətndaxili infeksiyalı körpələrdə SİGİRR genlərindəki dəyişikliklərin təhlili məqalədə öz əksini tapıb.

Məqaləyə keçid linki:

https://zealjournals.com/wjapls/content/role-single-immunoglobulin-interleukin-1%E2%80%93related-receptor-formation-necrotising

Leave a Comment

Your email address will not be published. Required fields are marked *