ETPİ-də elmi-praktik konfrans keçiriləcək

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda olan ATU-nun I və II uşaq xəstəlikləri kafedrasında təcrübə məşğələlərinə gələn tələbələr ilə institutda rezidentura təhsili alan həkim-rezidentlər, həkim-mütəxəssislər və elmi işçilərin birgə iştirakı ilə 21 sentyabr 2023-cü il tarixində elmi-praktik konfrans keçiriləcək.
Belə konfransların həftədə bir dəfə olmaqla keçirilməsi nəzərdə tutulur. Konfranslarda maraqlı və az rast gəlinən, müzakirəyə ehtiyacı olan xəstəlik tarixlərinin araşdırılması, məruzəsi nəzərdə tutulur. Bu xəstəliklər haqqında nəzəri materialların hazırlanması həkim-rezidentlərə həvalə olunur.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *