Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 15 sentyabr 2023-cü il tarixində “Uşaqlar arasında düzgün təxliyənin təşkili” mövzusunda seminar keçiriləcək.
Seminar əyani və distant (zoom proqramı vasitəsilə) olaraq K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun konfrans zalında keçiriləcək. Distant olaraq respublikanın müxtəlif regionlarının iştirakı təmin olunacaq.
Seminarın keçirilməsində məqsəd “Ana və uşaqların sağlamlığının qorunması üzrə” Dövlət Proqramı çərcivəsində uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin yüksəldilməsi, xəstələrin təxliyəsi zamanı beynəlxalq meyarlarının tətbiq edilməsi, uşaq və körpələr arasında ölüm hallarının azaldılmasından ibarətdir.