Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Həmkarlar Təşkilatının növbəti iclası keçirilib.
Tədbirdə institutun direktorun vəzifə səlahiyyətlərini icra edən t.ü.f.d.,dos Aynur Poluxova, təşkilatın sədri Nərgiz Babayeva, sədrin müavini Nazilə Məmmədova və təşkilatın üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan sədr Nərgiz Babayeva iclasın gündəliyi haqqında məlumat verib.
Gündəlikdə duran əsas məsələ həmkarlar təşkilatının üzvlərinin təşəbbüsü ilə institutda qayda-qanun, nizam-intizam məsələlərini gücləndirmək məqsədilə inzibatçılıq üzrə növbətçilik cədvəlinin yaradılması olub.
Daha sonra sədr xəstəxananın maddi yardıma ehtiyacı olan əməkdaşından söz açıb, maddi yardımın göstərilməsini təklif edib. Hər iki məsələ səsverməyə qoyulub və yekdilliklə qəbul olunub.