Ümumdünya Ana Südü Qidalandırma Həftəsi çərçivəsində 4 avqust tarixində Ana Südü ilə Qidalandırmanın yaxşılaşdırmasına dair vebinar keçirilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB, UNİCEF-in birgə təşkilatçılığı ilə keçirilən vebinarda müxtəlif müəssisələrdən 500-ə yaxın əməkdaşlar iştirak edib.
Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi Aynur Poluxova, TƏBİB-in Ana və Uşaq sağlamlığı şöbəsinin böyük məsləhətçisi Şəbnəm Şahgəldiyeva, UNİCEF-in Azərbaycan ofisinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova çıxış ediblər.
Vebinarda ETPİ-nin baş həkimi t.ü.f.d., dos. Aynur Poluxova “Ana südü ilə qidalanmanın üstünlükləri. Elmi-Tədqiqat Pediatriya İnstitutunun təcrübəsi” mövzusunda geniş çıxış edib.
Tədbir müxtəlif müəssisələrdən olan mütəxəssislərin çıxışları ilə davam edib.