Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (ETPİ) ştat cədvəli ilə bağlı iclas keçirilib.
İclasda institutun rəhbərliyi, kadrlar şöbəsinin müdiri, institutun inzibati, maliyyə, xəstə xidmətləri və təsərrüfat şöbələrinin işçiləri iştirak edib.
ETPİ-nin direktorun vəzifə səlahiyyətlərini icra edən t.ü.f.d.,dos. Aynur Poluxova mövcud olan vəziyyət, qarşıda duran vəzifələr, işçilərin öhdəlikləri və vəzifə səlahiyyətləri, işə davamiyyət haqqında işçilərlə qarşılıqlı müzakirə aparıb.