Ağır vəziyyətdə ETPİ-yə çatdırılan körpə sağalaraq evə yola salınıb

32-ci hestasiya həftəsində doğulan körpə ağır vəziyyətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılıb.
Körpəyə ətraflı müayinə zamanı yenidoğulmuşun tənəffüs pozğunluğu sindromu, doğuş zamanı az bədən kütləsinin digər halları diaqnozları qoyulub.
Körpə uzun müddət süni ventilyasiya dəstəyində olub. Reanimatoloq Aynur İsmayılova tərəfindən aparılan planlı müayinə və müalicələrdən sonra körpənin vəziyyəti stabilləşib və Vaxtından qabaq doğulmuşların patologiya şöbəsinə köçürülüb.
Şöbədə həkim pediatr Pəri Məmmədovanın davam edən müalicəsi, tibb bacılarının körpəyə qulluğu nəticəsində vəziyyəti yaxşılaşıb və sağalma ilə evə yazılıb.
Körpənin valideynləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun bütün kollektivinə, müalicə həkimləri reanimatoloq Aynur İsmayılova və pediatr Pəri Məmmədovaya təşəkkür edirlər.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *