24 iyun 2023-cü il tarixində İzmir şəhərində 24-cü Avropa Uşaq Cərrahları Assosiasiyasının (EUPSA) İllik Konqresi keçirilib.
Konqresdə Azərbaycan Respublikasından iki aparıcı həkim mütəxəssis, uşaq cərrahı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Avropa Uşaq Cərrahları Assosiasiyasının üzvü, t.ü.f.d. Lətif Zeyniyev və Azərbaycan Tibb Universiteti, Uşaq cərrahiyyəsi kafedrasının müdiri, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, Azərbaycan Uşaq Cərrahları Assosiasiyasının sədri, əməkdar həkim, t.e.d.,professor Ramiz Poluxov iştirak ediblər.
Qeyd edək ki, 24-cü Avropa Uşaq Cərrahları Assosiasiyasının (EUPSA) İllik Konqresi Avropa Uşaq Cərrahları Assosiasiyasının (EUPSA) Beynəlxalq Uşaq Endocərrahiyyə Qrupu (IPEG) və Avropa Uşaq Endoskopik Cərrahlar Cəmiyyəti (ESPES) ilə illik toplantısıdır.
24-cü Avropa Uşaq Cərrahları Assosiasiyasının (EUPSA) İllik Konqresi Avropa və Avropadan kənar uşaq cərrahlarını bir araya gətirir.