Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K. Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda seminar keçirilib.
Seminarda institutun rəhbərliyi və həkim kollektivi, ATU-nun Müalicə profilaktika fakultəsinin tələbələri, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri iştirak ediblər.
İnstitutun həkim pediatrı Aytən Əliyeva “Kəskin revmatik qızdırma” mövzusunda təqdimatla ətraflı çıxış edib.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, direktorun elmi işlər üzrə müavini t.e.d.,dos. Nailə Rəhimova, direktorun müalicə işləri üzrə müavini t.ü.f.d.,dos. Aynur Poluxova, t.e.d.,dos. Adilə Hacıyeva, t.e.d. Nüşabə Pənahova və tələbələr müzakirədə iştirak ediblər.

