Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda seminar keçirilib.
Seminarda institutun rəhbərliyi və həkim kollektivi iştirak ediblər.
İnstitutun həkim-cərrahı .
Həkim-cərrah çıxışında “Qısa bağırsaq sindromunun səbəbləri, mərhələləri, diaqnostika və müalicəsi haqqında danışıb. Eyni zamanda parenteral və enteral qidalanmanın əsasları, adaptasiya mərhələlərində bu uşaqlara yanaşma prinspləri və müalicədəki ən son yeniliklər haqqında ətraflı məlumat verib”.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, həkim və rezidentlərin sualları cavablandırılıb.
Məlumat üçün bildirək ki, gənc həkimlərin və rezidentlərin bilik və bacarıqlarının artırılması, gələcək karyeralarına dəstək olmaq məqsədilə K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun rəhbərliyinin təşəbbüsü ilə davamlı olaraq belə seminarlar təşkil edilir.