5 may “Dünya Əl Gigiyenası” günüdür.2008-ci ildən etibarən BMT-nin Baş Assambleyasının Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə qəbul etdikləri qərara əsasən hər il mayın 5-də “Dünya Əl Gigiyena Günü” (“Global Handwashing Day”) qeyd edilir. Həmin gün əllərin yuyulmasının sağlamlığa müsbət təsiri haqqında əhalinin məlumatlılığının səviyyəsini yüksəltmək məqsədi daşıyır.
Bu məqsədlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda seminar keçirilib.
Seminarda institutun rəhbərliyi, həkim kollektivi və tibb bacıları iştirak edib.
Anesteziologiya və Reanimasiya bölməsinin elmi işçisi Cəmilə Əhmədova “Yenidoğulanlara reanimasiyada diqqət olunmalı gigiyenik məqamlar” mövzusunda təqdimatla çıxış edib.
Sonra şöbələrdə olan sanitar-epidemioloji vəziyyət müzakirə olunub. Laboratoriya şöbəsinin müdiri Nazilə Kərimova, həkim laborant Leyla Həmidova görülən işlər barəsində məlumat veriblər. Qarşıya çıxan problemləri həll etmək üçün müvafiq tövsiyələr verilib. Yekunda institutda epidemioloji vəziyyətə nəzarət məqsədilə elmi bölmələr tərəfindən müvafiq metodik tövsiyələrin hazırlanması qərara alınıb.