20 iyun 2023-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi -Tədqiqat Pediatriya institutunun doktorantı Təranə Cəfərovanın “Nekrotik enterokolitin immunogenetik meyarları” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Müzakirədə t.ü.f.d., dos Aynur Poluxova, t.e.d.,dos Nailə Rəhimova, t.ü.f.d.,dos Sevinc Nəsirova, t.ü.f.d, b.e.i. Mahirə Əfəndiyeva, t.ü.f.d. Qafar Cəfərov, t.e.d. Nüşabə Pənahova, t.e.d.,dos. Adilə Hacıyeva, t.e.d.,prof Səbinə Qarayeva, t.ü.f.d., dos Aytəkin Adilova iştirak ediblər.
Dissertasiya işi müsbət qiymətləndirilib, elmi iş Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb üzrə fəlsəfə doktoru dissertasiyalarına qarşı irəli sürdüyü bütün tələblərə cavab verdiyi üçün Aprobasiya komissiyasında müzakirəsi tövsiyə olunub.