ETPİ-də “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş konfrans keçirilib

31 may 2023-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə təşkilatçılığı, Uptodate in Medicine texniki dəstəyi ilə “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş konfrans keçirilib. Pediatrlar üçün nəzərdə tutulan konfrans 80 nəfərin iştirakı ilə həyata keçirilib.
Konfransın açılışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
Daha sonra K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru t.ü.f.d.,Lətif Zeyniyev tədbir iştirakçılarını salamlayıb. Tədbirin açılışında Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən Aynurə Zeynalova, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən Seymur Məmmədov, Ədliyyə Nazirliyinin İnsan Hüquqları, İnformasiya və Kommunikasiya şöbəsindən Aynur Sabitova, UNİCEF Azərbaycan ofisindən Vüqar Salmanov, Ombudsman aparatının nümayəndəsi Nigar Ağayeva çıxış ediblər.
Tədbirin birinci hissəsi t.e.d.,dos. Nailə Rəhimova və t.ü.f.d., dos. Aynur Poluxovanın sədrliyi ilə keçirilib. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, t.ü.f.d. Lətif Zeyniyev “Uşaqlara qarşı fiziki zorakılığın diaqnostikasında vacib məqamlar”, institutun böyük elmi işçisi, t.e.d.,dos.Adilə Hacıyeva “Uşaqların beynəlxalq müdafiəsi:uşaqları necə qoruyaq?”, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti, t.ü.f.d. Nigar Hacıyeva “Atanın uşaq sağlamlığında rolu”, psixoloq Gülşən Axundova “Tibb müəssisələrində zorakılıq və təcavüz hallarının aşkarlanması”, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, t.ü.f.d., dos. Təranə Tağızadə “Azərbaycan Pediatriya Assosiasiyasının Uşaq hüquqlarının müdafiəsində rolu” mövzularında çıxış ediblər.
Tədbirin ikinci hissəsinə t.ü.f.d., dos. Sevinc Nəsirova və t.ü.f.d. Yeganə Qasımova sədrlik edib. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d., dos. Nailə Rəhimova “Vaxtından əvvəl doğulan uşaqlar: tibbi-sosial problem”, Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Şəhla İsmayılova “Uşaqların müdafiəsində sübuta əsaslanan resurslar”, Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin koordinatoru Günel Süleymanlı “Uşaq hüquqlarının müdafiəsində qaynar xəttlərin rolu”, Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Könül İsmayılova “Uşaq və yeniyetmələrdə psixi sağlamlıq problemləri” mövzularında çıxış ediblər. Sonda mövzular ətrafında maraqlı diskussiyalar həyata keçirilib. Uşaqların müdafiəsinin qorunması, uşaqların mənəvi, əxlaqi və sosial inkişafı vəziyyəti haqqında müzakirələr aparılıb.
Konfrans Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə Elm və Tədris Tədbirlərinin Akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunub. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *