24 iyun 2023-cü il tarixində ETPİ-də Həmkarlar Təşkilatının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda Həmkarlar Təşkilatının növbəti iclası keçirilib.
Tədbirdə institutun direktoru t.ü.f.d., Lətif Zeyniyev, baş həkim t.ü.f.d.,dos Aynur Poluxova, təşkilatın sədri Nərgiz Babayeva, sədrin müavini Nazilə Məmmədova və təşkilatın üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan sədr Nərgiz Babayeva iclasın gündəliyi haqqında məlumat verib.
Gündəlikdə duran əsas məsələ təşkilatın cari hesabatı və Qurban bayramı ilə əlaqədar xəstəxana əməkdaşlarını mükafatla təltif edilməsi olub. Çıxış edən Nərgiz Babayeva xəstəxananın əməkdaşlarının istirahəti üçün əlverişli şəraitin yaradılması məsələlərinin də daima diqqətdə saxladığını vurğulayıb.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *