Körpə ağır vəziyyətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılıb.
Ətraflı müayinə zamanı körpəyə sol tərəfli diafraqmal yırtıq, sol ağ ciyərin hipoplaziyası, pulmonar hipertenziya diaqnozları qoyulub.
Reanimatoloq Afət Ağayevanın apardığı əməliyyatönü hazırlıqdan sonra körpə əməliyyata götürülüb. Həkim-cərrah Umud Musayev tərəfindən uşaq cərrahı Heyrət Əhmədovun assisentliyi ilə körpəyə laparotomiya, frenikoplastika əməliyyatı icra olunub.
Körpə bir neçə gün süni ventilyasiya dəstəyində olub. Reanimatoloqların səyi, tibb bacılarının körpəyə qulluğu sayəsində vəziyyəti yaxşılaşıb və evə yazılıb.
Körpənin valideynləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun bütün kollektivinə, müalicə həkimi reanimatoloq Afət Ağayevaya, uşaq cərrahları Umud Musayevə, Heyrət Əhmədova və anestezioloq Qönçə Əsgərovaya təşəkkür edirlər.