Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K. Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda seminar keçirilib.
Seminarda institutun rəhbərliyi və həkim kollektivi iştirak ediblər.
İnstitutun həkim rezidenti Orxan Tahirov “Neonatal xolestaz” mövzusunda təqdimatla çıxış edib.
Həkim-rezident çıxışında “Neonatal xolestaz öd ifrazın pozulması nəticəsində öd maddələrinin qanda toplanmasıdır. Rastgəlmə tezliyi 1:2500 nisbətindədir. İntrahepatik və ekstrahepatik olaraq təsnif olunur. Biliar atreziya, qalaktozemiya, tirozinemiya kimi xəstəliklərdə erkən diaqnoz qoyulması ölüm və qaraciyər transplantasiya riskini əhəmiyyətli dərəcədə azladır. Etialogiyasından aslı olmayaraq xolestazlı xəstələrdə sarılıq, axolik nəcis, tünd sidik və birləşmiş hiperbilirubinemiya görülür. Xolestazın spesifik müalicəsi yoxdur adətən səbəbə uyğun simptomatik müalicə və qidalanma dəstəyi verilir”-deyə bildirib. Müasir müalicə metodları haqqında məlumat verib.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, elmi katib t.ü.f.d., dos Sevinc Nəsirova, Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya şöbəsinin müdiri Regina Neymətova və Uşaq Cərrahiyyəsi şöbəsinin müdiri Umud Musayev müzakirədə iştirak ediblər.