ETPİ-də seminar keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K. Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda seminar keçirilib.
Seminarda institutun rəhbərliyi və həkim kollektivi, ATU-nun Müalicə profilaktika fakultəsinin tələbələri, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri iştirak ediblər.
Azərbaycan Tibb Universitetinin rezidenti Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K. Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda rotasiyada olan Antigua və Barbuda dövlətinin vətəndaşı Aska Drickesha Latecia Yasha “ECMO” (Ekstrakorporal membranın oksigenləşməsi) mövzusunda ingilis dilində təqdimatla çıxış edib.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb. Müzakirədə institutun direktoru t.ü.f.d. Lətif Zeyniyev, ATU II Uşaq Xəstəlikləri kafedrasının dosenti, t.ü.f.d. Aytəkin Adilova və digər həkim əməkdaşlar iştirak ediblər.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *