Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K. Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda seminar keçirilib.
Seminarda institutun rəhbərliyi və həkim kollektivi iştirak ediblər.
Seminarda Azərbaycan Tibb Universitetinin rezidenti Gülər Əliyeva “Febril Neytropeniya” mövzusunda təqdimatla çıxış edib.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb. Müzakirədə direktorun elmi işlər üzrə müavini t.e.d.,dos Nailə Rəhimova, Vaxtından əvvəl doğulmuş uşaqların patologiyası şöbəsinin müdiri t.e.d.,dos Adilə Hacıyeva, ATU-nun II Uşaq Xəstəlikləri kafedrasının dosenti t.e.d. Nüşabə Pənahova, həkim cərrah Sabir Novruzov iştirak ediblər.