Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda seminar keçirilib.
Seminarda institutun rəhbərliyi və həkim kollektivi iştirak ediblər.
İnstitutun həkim rezidenti Nigar İbrahimli “Uşaqlarda bronxiolitə yanaşma” mövzusunda təqdimatla çıxış edib.
Həkim-rezident çıxışında “Xəstəliyin diaqnostika və müalicəsinə son protokollara əsasən yanaşma, SARS-CoV-2-nin Avropada bronxiolitlə yanaşı rastgəlmə tezliyi haqqında məlumat verib”.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, həkim və rezidentlərin sualları cavablandırılıb.