ETPİ-də həkim-rezidentlərin bilik və bacarıqlarınınartırılması məqsədilə seminar keçirilib

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K. Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda seminar keçirilib.
Seminarda institutun rəhbərliyi və həkim kollektivi iştirak ediblər.
İnstitutun həkim rezidenti Vüsalə Yusifzadə institutun baş həkimi t.ü.f.d.,dos. Aynur Poluxovanın rəhbərliyi altında “Yenidoğulmuşlarda elektrolit tarazlığının pozulması zamanı müalicə prinsipləri.” mövzusunda təqdimatla çıxış edib.
Həkim-rezident çıxışında “Yenidoğulmuşlarda su metabolizması və elektrolit tarazlığın dəyərləndirilməsinin erkən medikal müalicənin aparılmasında önəmli rolu olduğunu vurğulayıb, müasir müalicə metodları haqqında məlumat verib.
Daha sonra institutun reanimatoloqu Afət Ağayeva tərəfindən xəstəxananın Anesteziologiya, Reanimasiya və Intensiv Terapiya şöbəsində “Hipernatremiya” diaqnozu ilə müalicə alan xəstənin müzakirəsi keçirilib.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, həkim və rezidentlərin sualları cavablandırılıb.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *