28-ci hestasiya həftəsində doğulan körpə ETPİ-də sağalaraq evə yola salınıb

28-ci hestasiya həftəsində doğulan körpə ağır vəziyyətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılıb.
Ətraflı müayinə zamanı körpəyə sepsis, anadangəlmə pnevmoniya, tənəffüs çatışmazlığı, vaxtından əvvəl doğulmuş az çəkili uşaq diaqnozları qoyulub. Körpə uzun müddət süni ventilyasiya dəstəyində olub. Reanimatoloq Aynur İsmayılova tərəfindən aparılan planlı müayinə və müalicələrdən sonra septiki intoksikasiya əlamətləri keçib, hemodinamikasi stabilləşib.
Körpədə açıq botal axacaq geniş olduğu üçün institutun rəhbərliyinin təşəbbüsü ilə kardiocərrah Kamran Əhmədov tərəfindən “PDA-nın ləğvi” əməliyyatı uğurla icra olunub. Körpə sağalma ilə evə yazılıb.
Körpənin valideynləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun bütün kollektivinə, müalicə həkimi reanimatoloq Aynur İsmayılovaya, kardioloq Kamran Əhmədova təşəkkür edirlər.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *