Qida borusu atreziyası diaqnozu ilə doğulan körpə ETPİ-də uğurla əməliyyat olunub

Körpə ağır vəziyyətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna çatdırılıb.
Diaqnoz: Qida borusunun atreziyası. Distal traxeoezofageal fistul.
Körpə dərhal Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Reanimatoloq Afət Ağayevanın apardığı əməliyyatönü hazırlqdan sonra körpə əməliyyata götürülüb. Həkim-cərrah Sabir Novruzov tərəfindən uşaq cərrahı Zülfiyyə Məmmədovanın assisentliyi ilə körpəyə sağ tərəfli torakotoemiya. Distal traxeoezofageal fistulun ləğvi. Ezofaqo-Ezofaqostomiya əməliyyatı uğurla icra olunub.
Aparılan planlı müalicələrdən sonra körpənin vəziyyəti yaxşılaşıb qidalandırılmağa başlanılıb.
Körpənin valideynləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun bütün kollektivinə, müalicə həkimi reanimatoloq Afət Ağayeva, həkim-cərrahlar Sabir Novruzov, Zülfiyyə Məmmədovaya və anestezioloq Qönçə Əsgərovaya təşəkkür edirlər.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *