20 May 2023-cü il tarixində “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi öz işinə başlayıb.
Yerli və dünyanın 20-dən çox ölkəsindən dəvət olunmuş 100-dək xarici mütəxəssislərin iştirakı ilə keçirilən konqresdə vaxtilə Klivlend klinikasında Ulu Öndərin həkimi olan məşhur kardioloq Prof. Dr. Murat Tuzcu fəxri qonaq qismində iştirak edib.
Konqresdə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri professor Kamran Musayevin dəvəti ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru t.ü.f.d. Lətif Zeyniyev, institutun baş həkimi t.ü.f.d.,dos. Aynur Poluxova iştirak edib.
Konqresin keçirilməsində məqsəd kardiologiya və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, xarici mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaqdır.
Məlumat üçün bildirək ki, konqres 21 may tarixinə kimi davam edəcək.

