“Ümumdünya Ana Südü ilə Qidalandırma Günü”nə həsr olunan elmi-praktik konfrans keçiriləcək

02 avqust 2023-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat İnstitutunda “Ümumdünya Ana Südü ilə Qidalandırma Günü”nə həsr olunan elmi-praktik konfrans keçiriləcək.
Konfransın keçirilməsində məqsəd ana südü ilə qidalandırmanın əhəmiyyətini vurğulamaq, cəmiyyətdə körpələrin ana südü ilə qidalandırılmasına dəstək olmaq, ana südü ilə qidalandırmanın təbliği və bu mövzuda məlumat mübadiləsi aparmaqdır.
Xatırladaq ki, 1-7 avqust – Ümumdünya Ana Südü ilə Qidalandırma Həftəsi kimi elan olunub. Bu tarix Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, BMT-nin Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatı və digər təşkilatlar tərəfindən 1990-cı ilin avqust ayında imzalanmış “Ana südü ilə qidalandırmanın qorunması, təşviqi və dəstəklənməsi üzrə Innocenti Bəyannaməsi”nin xatirəsinə qeyd edilir.
Konfrans iştirakçılarına sertifikat təqdim olunacaq.
📞Qeydiyyat üçün əlaqə nömrəsi: (050) 362-26-29
Qeydiyyatdan keçməyə tələsin yerlər məhduddur.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *