Ulu öndər Heydər Əliyevin 100 illik yubileynə həsr olunan Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) 41-ci Milli Pediatrik Qurultayı keçirilib

22-25 iyun 2023-cü il tarixlərində keçirilən Ulu öndər Heydər Əliyevin 100 illik yubileynə həsr olunan Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) 41-ci Milli Pediatrik Qurultayı keçirilib. Qurultayda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitunun (ETPİ) direktoru t.ü.f.d. Lətif Zeyniyev, baş həkim t.ü.f.d.,dos Aynur Poluxova, direktorun elmi işlər üzrə müavini t.e.d.,dos Nailə Rəhimova və əməkdaşlar iştirak ediblər.
Tədbirdə ETPİ-nin baş həkimi t.ü.f.d.,dosent Aynur Poluxova Neonatologiyanın müasir problemləri və Pediatriyanın rutin problemləri panelində moderatorluq edib.
Qurultayda elmi katib t.ü.f.d.,dos. Sevinc Nəsirova “Yenidoğulanlarda nekrotik enterokolit zamanı qidalanmanın strategiyası”, institutun Anesteziologiya və reanimasiya elmi bölməsinin kiçik elmi işçiləri İlhamə Mirzəyeva “Fiziki inkişaf göstəriciləri arasında korrelyasiya əlaqələri”, Cəmilə Əhmədova “Yenidoğulanların reanimasiyasında rasional antibakterial terapiya” mövzularında çıxış ediblər.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *