Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda keçirilən təlimin ikinci günündə təlimçilər uşaqlarda aritmiyaların diaqnostikasına və ürək-ağciyər pozğunluqları, o cümlədən ürək dayanması və respirator çatışmazlıq hallarının vaxtında aşkar edilməsi mövzularında çıxış ediblər.
Amerika Ürək Assosiasiyası/Amerika Kardiologiya Cəmiyyəti və Amerika Pediatriya Akademiyası tərəfindən tibb mütəxəssislərinin davamlı tibbi təhsili və praktik vərdişlərin təkmilləşdirilməsi üçün hazırlanmış təlim kursunun sonunda iştirakçılar test üsulu ilə imtahan veriblər. İmtahandan uğurla keçən iştirakçılara Amerika Ürək Assosiasiyasının beynəlxalq sertifikatı təqdim edilib.