ETPİ-də “17 iyun – Tibb İşçilərinin Peşə Bayramı” münasibəti ilə tədbir keçirilib

17.07.2023-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda “17 iyun – Tibb İşçilərinin Peşə Bayramı” münasibəti ilə tədbir keçirilib.
Tədbirdə xəstəxananın rəhbərliyi və kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan xəstəxananın direktoru t.ü.f.d. Lətif Zeyniyev ilk olaraq bütün tibb işçilərini təbrik edərək onlara bu müqəddəs və çətin işlərində müvəffəqiyyətlər arzu edib. Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) tibb işçilərinin peşə bayramına həsr edilmiş geniş tərkibli kollegiya iclasında cənab nazir Teymur Musayevin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda çalışan bütün səhiyyə işçilərinə olan təbrikini tədbir iştirakçılarına çatdırıb. Direktor çıxışında ölkə başçısı İlham Əliyev cənablarının fəaliyyətinin ilk günlərindən etibarən əhalinin sağlamlığının qorunmasının ölkənin prioritet vəzifəsi kimi müəyyən etdiyini, ölkədə səhiyyənin inkişafına, əhalinin sağlamlığına böyük yer ayrıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Səhiyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik edən institutun baş həkimi t.ü.f.d.,dos. Aynur Poluxova bildirib ki, ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla Tibb İşçiləri Gününün təsis etməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir. Səhiyyə sisteminin inkişafı, bu sahənin kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir-deyə bildirib .
Tədbirin sonunda “ 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı” münasibətilə səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə bir qrup tibb işçisi (həkim əməkdaşlar, tibb bacıları, kiçik tibb işçisi, lobarant) “Təşəkkürnamə” ilə təltif olunub.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *