14.04.2023-cü il tarixində ETPİ-də akademik Zərifə Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

14.04.2023-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə institutun rəhbərliyi, həkim kollektivi, dəvət olunumuş fəxri qonaqlar iştirak ediblər.
Tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb.
Tədbirin açılış nitqində institutun direktoru t.ü.f.d. Lətif Zeyniyev Zərifə xanım Əliyevanın peşəkar həkim olmaqla yanaşı, həm də fəal ictimai xadim kimi xarakterizə edib. Direktor həkim peşəsini vicdanla yerinə yetirən oftalmoloq-alimin insanlara nur bəxş etmək missiyasını, qayğıkeşliyini, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazandığını qeyd edib. O, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib-deyə bildirib.
ATU-nun Oftalmologiya kafedrasının müdiri prof.Paşa Qəlbinur və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimi t.ü.f.d. Nübar Haşımova fəxri qonaq qismində dəvət olunublar, akademik Zərifə Əliyeva
haqqında xatirələrini bölüşüblər. Professor Paşa Qəlbinur özünün bir insan və bir həkim kimi yetişməsində akademikin əvəzolunmaz rolunu vurğulayıb.
Sonda akademik Zərifə Əliyevanın həyat yoluna həsr olunan videorolik nümayiş etdirilib.
Xüsusilə qeyd etmək istərdik ki, bu gün xəstəxanamızda Zərifə Əliyevanın xeyriyyəçilik ənənəsini davam etdirmək məqsədilə institutun baş həkimi t.ü.f.d.,dos.Aynur Poluxovanın təşəbbüsü ilə 5 aylıq körpəyə İcbari Tibbi sığortanın Xidmətlər zərfinə daxil olmayan-Torokotomiya. PDA-nın bağlanması əməliyyatı tam təmənnasız icra olunub. Əməliyyat Mərkəzi Klinik Xəstəxanasının baş həkimi kardiocərrah professor Kamran Musayevin nəzarəti ilə ölkənin aparıcı kardiocərrahları- Vəli Behbudov, Allahşükür Zahidli və Kamran Əhmədovun iştirakı ilə həyata keçirilib.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *