Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 2 avqust 2023-cü il tarixində “Ümumdünya Ana Südü ilə Qidalandırma Günü”nə həsr olunan elmi-praktik konfrans keçirilib.Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Konfransın açılışı institutun direktoru t.ü.f.d. Lətif Zeyniyevin nitqiylə başlayıb.Daha sonra UNİCEF-in Azərbaycan ofisinin Səhiyyə və qidalanma proqramının rəhbəri Töhfə Cəmilova və TƏBİB-in Ana və Uşaq sağlamlığı şöbəsinin böyük məsləhətçisi Şəbnəm Şahgəldiyeva çıxış ediblər.Tədbirin birinci hissəsi t.e.d., dos. Adilə Hacıyeva və t.ü.f.d., dos. Sevinc Nəsirovanın sədrliyi ilə keçirilib.İnstitutun baş həkimi t.ü.f.d., dos. Aynur Poluxova “Ana südü ilə qidalanmanın üstünlükləri. Elmi-Tədqiqat Pediatriya İnstitutunun təcrübəsi”, direktorun elmi işlər üzrə müavini t.e.d.,dos. Nailə Rəhimova “Təbii qidalanma – sağlamlığın proqramlaşdırma faktoru”, Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi Şəhla İsmayılova “Erkən yaşlı uşaqların qidalanmasına dair metodik təlimat” mövzularında çıxış ediblər.Tədbirin ikinci hissəsi t.e.d., dos. Nailə Rəhimova və t.ü.f.d., dos. Aynur Poluxovanın sədrliyi ilə keçirilib.UNİCEF-in Azərbaycan ofisinin nümayəndəsi Vəfa Ağayeva “Son iki ildə Körpə Dostu Klinikası Təşəbbüsü və Ana südü qidalandırmanın ölkədə yaxşılaşdırılması üçün UNİCEF Azərbaycan ofisinin dəstəyi ilə görülən işlər”, ETPİ-nin əməkdaşları İlhamə Mirzəyeva və t.ü.f.d. Günay Salehova “Ana südü ilə uğurlu qidalanmaya doğru 10 addım” təlimi (qısa məlumat xarakterli təlim) mövzularında çıxış ediblər.Sonda mövzular ətrafında geniş müzakirələr aparılıb, tədbir iştirakçılarına sertifikat təqdim edilib.Xatırladaq ki, 1-7 avqust – Ümumdünya Ana Südü ilə Qidalandırma Həftəsi kimi elan olunub. Bu tarix Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, BMT-nin Uşaq Fondu (UNICEF), Ümumdünya Səhiyyə Təşkilatı və digər təşkilatlar tərəfindən 1990-cı ilin avqust ayında imzalanmış “Ana südü ilə qidalandırmanın qorunması, təşviqi və dəstəklənməsi üzrə Innocenti Bəyannaməsi”nin xatirəsinə qeyd edilir.