20 noyabr 2021-ci il tarixində "Uğurlu Gələcək 2" konfransı keçirilib

Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru t.ü.f.d.A.A.Musayev sədrliyi ilə keçirilən konfransda Azərbaycan həkimləri ilə yanaşı qardaş Türkiyədən aparıcı alim və mütəxəssis prof.Ömər Erdeve iştirak edib.

Bununla yanaşı, Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi Uzman.Dr. Azər Əhmədov “MİS-C uşaqlara yanaşma” mövzusunda çıxış edib.

Konfransın ikinci hissəsinin sədri Səhiyyə Nazirliyinin Baş Neanotoloqu ETMGİ-nin Neonatal şöbəsinin müdiri Rüstəm Hüseynov və Üçüncü hissənin sədri Azərbaycan Tibb Universiteti I Uşaq xəstəlikləri kafedrası dosent  Nigar Sədiyevaya aid olub.

Konfransda pediatriyanın çox mühüm vacib məsələləri müzakirə olunub.

Konfransın sonunda Azərbaycan həkim mütəxəssisləri, qardaş Türkiyədən aparıcı alim və mütəxəssis prof.Ömər Erdeve ilə növbəti konfransla bağlı görüş keçiriblər.